“HƏR MATÇDAN ƏVVƏL QURAN OXUYUB DUA EDİRƏM”

0

Türk əslli almaniyalı futbolçu Mesut Özil hər matçdan əvvəl Qurandan ayələr oxuduğunu və dua etdiyini bildirib.

Ulduz futbolçu “TRT Deutsch” kanalına müsahibə verəndə, “Matçdan əvvəl etdiyiniz xüsusi bir dua varmı, və ya dua edərkən nə təmənna  edirsiniz?” sualına cavab verərkən belə deyib.  

“Mən bir müsəlmanam. Əvvəl Qurandan bəzi ayələr oxuyuram. Daha sonra da təbii ki, komanda yoldaşlarım hər şeyin qaydasında olmasını təmənna edirəm. Bu cür şeylər…” – deyə Mesut Özil bildirib.

Qeyd edək ki, 3.5 illiyinə Türkiyənin “Fenerbahçe” klubuna transfer edilən Özil, daha əvvəl də xeyriyyəçi işləri ilə mətbuatın gündəminə gəlib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖTƏN İL MADDİ DƏSTƏK GÖSTƏRİLƏN DİN XADİMLƏRİNİN SAYI AÇIQLANDI

Ötən il 984 nəfər din xadiminə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən aylıq maddi...

Bağla