HİKMƏT HACIYEV: “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRDƏ SON HƏDD YOXDUR”

0

“Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz”.

Bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarşımıza qoyulan təlimat və vəzifə ondan ibarətdir ki, bu qardaşlığımızı, iş birliyimizi eyni şəkildə ticarət sahəsində də daha da artıraq. Ticarət sahəsində xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün Mərkəzi Asiyadan daha çox sürətli ticarət axını var”, – Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, şimal sahəsində bir sıra problemlər olduğundan orta dəhliz olaraq yüklərin Qafqaz üzərindən Türkiyəyə daşınması həcmində artım var: “Düşünürəm ki, bu da Türkiyə və Azərbaycan üçün ayrıca iş dərəcəsidir ki, işlərimizi həmin istiqamətdə davam etdirəcəyik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ŞİMŞEK DRONU UĞURLA SINAQDAN KEÇİRİLİB

Türkiyənin ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib. Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında bildirib. Türkiyə...

Bağla