HİNDİSTANDA MÜSƏLMANLARA AİD MƏSCİDLƏR VƏ EVLƏR YANDIRILIR

0

Hindistanın Tripura əyalətində müsəlman etniklərə aid məscid, ev və mağazalar radikal yerlilər tərəfindən yandırılır. Bu barədə, Pakistan Xarici İşlər Nazirliyinin məruzəçisi Asim İftixar Əhməd bəyanat yayıb.

XİN sözçüsü bölgədə radikalların şüursuz hücumlarının davam etdiyini, Hindistan hökumətinin bunun qarşısını ala bilmədiyini və müsəlmanların ümidsiz yardım çağırışlarına cavab vermədiyini bildirib.

Əhməd, Tripura əyalətində həyat tərzinə müdaxilə edildiyini, radikal hind qruplar tərəfindən müsəlmanlara aid məscidlərə, evlərə və mağazalara zərər verilib yandırıldığını, bu halı pislədiklərini deyib.

Beynəlxalq ictimaiyyəti Hindistanda çoxalan islamofobiya meyllərinin və müsəlmanlara istiqamətlənmiş hücumların qarşısını almaq üçün öz öhdəliklərini yerinə yetirməyə səsləyən Əhməd, bu ölkədəki müsəlmanların və onların məbədlərinin təhlükəsizliyini təmin etmək üçün çağırış edib.  

Qeyd edək ki, Mülki Hüquqların Mühafizəsi Dərnəyi, Tripurada ən azı 16 məscidə radikal hind qruplar tərəfindən zərər verildiyini, müsəlmanlara aid ev və iş yerlərinin yandırıldığını açıqlayıb. Qurumun əməkdaşı Muhamməd Hüzeyfə, zərər verilən 16 məscidə Vishwa Hindu Parishad (Dünya Hindu Şurası -VHP) təşkilatına aid bayrağın sancıldığını, 3 məscidin isə yandırıldığını deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇOXŞAXƏLİ ZƏKA (İNTELLEKT) NƏZƏRİYYƏSİ

Bağla