HOLLANDİYADA QURAN AYƏSİ İLƏ HƏKİMLƏRƏ TƏŞƏKKÜR

0

Hollandiyada ictimai nəqliyyat dayanacağındakı bilbordda yazılmış Quran ayəsi ilə ölkədə covid-19 virusuna qarşı mübarizə aparan həkimlərə təşəkkür edilib. Bu addımı, Türkiyənin Milli görüş təşkilatına bağlı fəaliyyət göstərən “Amersfoort Rahman” məscidinin rəhbərliyi atıb.

Meander xəstəxanasının qarşısındakı dayanacaqda ingilis və holland dillərində, “…Kim də bir insanı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar…”  (Maidə-32) ayəsi yazılıb. Bundan başqa həmin afişada, “Təşəkkürlər səhiyyə işçiləri!” – sözləri də qeyd edilib.    

Məscidin rəhbəri Ramazan Yıldız, afişada hər hansı bir imza və ya loqodan istifadə etmədiklərini, məqsədlərinin Allahın Kəlamını əsas plana çıxarmaq olduğunu bildirib.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİNİ RITUAL XİDMƏTLƏR DƏ QADAĞAN EDİLDİ

Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri...

Bağla