“GENERALIMIZ VƏ DİGƏR ƏMƏKDAŞLARIMIZ AZƏRBAYCANA GETMƏYƏ HAZIRDIR”

0

“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyətini ora göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Qarabağda atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, – o bildirib.

H.Akar vurğulayıb ki, Qarabağın bir qismində ermənilər hələ də qalır: “Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə və Azərbaycan arasında həll olunan mövzudur”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UZUN İLLƏR DÜŞMƏN İŞĞALINDA QALAN QARABAĞ YENİDƏN NECƏ QURULACAQ?

“Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq”. Report xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin...

Bağla