HÜZÜR MƏCLİSİNDƏ İŞTİRAK ETMƏNİN AXİRƏTDƏKİ MÜKAFATI

0

Bir yaxını vəfat edən və ya hər hansı bir müsibətə düçar olan şəxslərə başsağlığı verməyə getmək, yəni onlara təsəlli verərək səbr təlqin etmək də mühim ictimai öhdəliklərdən biridir.

İslam Peyğəmbəri (Səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Bir müsibəti səbəbilə din qardaşına başsağlığı verən möminə, qiyamət günü Allah-Təala “Kərəm geyimi” geyindirər (şərəf bəxş edər).” (İbn-i Mâcə, Cənâiz, 56)

Aciz yaradılan bəşər övladı bəla və müsibətlər qarşısında dəstək və təsəlliyə möhtacdır. Yəni ölünün yerdən götürülməsi və hüzür məclisləri çox əhəmiyyətli İslami və insani vəzifədir. Bu işdə səhlənkarlıq etmək böyük bir babaldır və əskiklikdir.

Həmçinin yadımızdan çıxarmayaq ki, bu gün bir qardaşımıza çox gördüyümüz kiçik bir ziyarət və təsəlliyə sabah özümüz də möhtac olacağıq. Bu səbəblə də, ehtiyacımız olanda ətrafımızda tuta biləcəyimiz əl olmasını istəyiriksə, bu gün din qardaşlarımızın kədərini bölüşməyə və bütün dərdlərinə dərman olmağa səy göstərməliyik. Çünki həqiqi bir din qardaşlığı, qardaşının xoşbəxtliyini bölüşmək qədər dərdini bölüşmək üçün də könüllü olmağı labüd edər.

Mənbə: Osman Nuri TOPBAŞ – “Əbədiyyət Yolçuluğu”  

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfərə gedəcək. İdarənin mətbuat xidmətindən verilən məlumata görə,...

Bağla