İƏT DÜNYA BİRLİYİNİ XOCALI SOYQIRIMINI TANIMAĞA ÇAĞIRIB

0

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TDT ölkələrinin köməyilə zəlzələnin nəticələrini qısa müddətdə aradan qaldıracağıq”

“Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin köməyilə zəlzələnin nəticələrini qısa müddətdə aradan qaldıracağıq” “Report”un Ankara bürosunun məlumatına görə, bu sözləri Türkiyə...

Bağla