İNGİLTƏRƏDƏ MƏSCİD ÖLKƏNİN NÜFUZLU MÜKAFATININ LAUREATI OLUB

0

İngiltərənin Kembriç şəhərində 2019-cu ildə istifadəyə verilən Mərkəz məscidi ölkənin ən nüfuzlu mükafatını almağa namizəd göstərilib.

Türkiyə Diyanət vəqfinin dəstəyi ilə tikilən və Avropanın ilk ekoloji cəhətdən təmiz məscidi nüfuzlu “RIBA (Krallıq İngilis Memarlar) Stirling” memarlıq mükafatının laureatı seçilib. Bildirilib ki, bu mükafatı alacaq namizəd binalar siyahısına ilk dəfə bir məscidin adı salınıb.

Mükafatın laureatı olan binaların adların sosial şəbəkədə xalqın səs verməsinə də təqdim edilib. Xalq səs verməsinin nəticələri oktyabrın 13-də açıqlansa da bunun mükafatın verilməsinə bir təsiri olmayacaq.

Müsabiqənin nəticəsi münsiflər heyətinin dəyərləndirməsi ilə oktyabrın 14-də elan ediləcək.

Min nəfərin eyni vaxtda ibadət edə bildiyi məscidin həyətinin dizaynında islam ənənəsinə sadiq qalınıb, binanın ekoloji cəhətdən təmiz olmağı daböyük əhəmiyyət kəsb edib. Binanın tikintisində əsasən taxta, mərmər kimi təbii materiallardan istifadə edilib. Məscidin damında toplanan yağış suyundan həyəti suvarmaq üçün istifadə edilib. Bundan başqa kompleksin elektrik enerjisi ehtiyacının qışda 30%-i, yayda 40%-i dama yerləşdirilən günəş panellərindən əldə edilir.

Qeyd edək ki, məscidin açılışını 2019-cu ildə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan edib.

Erdoğan açılışını yapmıştı, İngiltere'de en prestijli ödüle aday!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTANIN GƏNCƏDƏ TÖRƏTDİYİ NÖVBƏTİ TERRORDAN BİR İL ÖTÜR – VİDEO

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir...

Bağla