İNGİLTƏRƏNİN MƏŞHUR KİTABXANASINDA İFTAR TƏŞKİL EDİLDİ

0

İngiltərədə “Ramazan Çadırı Layihəsi” çərçivəsində Londonun Kamden rayonunda yerləşən məşhur “British Library” kitabxanasında iftar proqramı təşkil edilib.

İftar proqramında müsəlmanlarla yanaşı müxtəlif inancların nümayəndələri də iştirak edib.

İftardan əvvəl kitabxananın içində azan oxunub və qonaqlarla birlikdə dua edilib.

İftar tədbirində iştirak edən qonaqlar arasında Kamden bələdiyyəsinin sədri Nasim Əli və kitabxananın rəhbər şəxslərindən Ceri Şillito da olub.

Xatırladaq ki, “Ramazan Çadırı Layihəsi” ötən həftə də Londonun Çelsi rayonundakı stadionda iftar proqramı təşkil etmişdi.

Qeyd edək ki, 2013-cü ildə İngiltərədə təsis edilən və bu il 10-cu ilini qeyd edən “Ramazan Çadırı Layihəsi” ramazan ayı boyu iftar tədbirlərini davam etdirəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Soyqırımının təkrarlanmaması üçün türk dünyasının qüdrəti daha da artırılmalıdır”

“31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün miqyasının böyüklüyü, hadisələrin ardıcıllığı, səhnələrin qəddarlığı arxasında erməni həkim, müəllim, ziyalıların illərcə düşünülmüş, təşkilatlanmış...

Bağla