İSLAM DİNİNİ TƏHQİR EDƏN QADIN JURNALİST CƏZALANDIRILDI

0

İslam dinini və müsəlmanları social şəbəkədə təhqir edən isveçli qadın journalist cəzalandırılıb. İslamveirfan.com saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ mərkəzli MeWe social şəbəkəsində təhqir ifadələri yazan Asa Uesterberg işlədiyi bu cinayətə görə cərimə olunub.

Stokholm Sodertorn məhkəməsinin yaydığı açıqlamaya görə, Uesterberg İslam dini və müsəlmanlarla yanaşı televiziya aparıcısı Tomas Abergi də, müsəlmanları qoruduğunu iddia edərək təhqiredib. Bunun nəticəsində də 4 min dollar cərimə ödəməyə məhkum edilib.  

Məhkəmənin barəsində iddia qaldırdığı qadın journalist daha sonra social şəbəkə paylaşımlarında günahsız olduğunu yazıb və polisin güc tətbiq edərək onu məhkəməyə apardığını bildirib.

Qeyd edək ki, isveçli qadın journalist social şəbəkə paylaşımlarında dünyada islamın yox edilməli olduğunu yazmış və ağır sözlərlə İslam dinini və müsəlmanları təhqir etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayıb

Artıq Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, artıq ziyarətə getmək üçün 4 nəfər...

Bağla