İSRAİLDƏ İSA PEYĞƏMBƏR (Ə) TƏHQİR EDİLDİ: MƏSİHİLƏR KÜÇƏYƏ ÇIXDI – FOTO

0

“Makİsa” adlı heykəl yerli xristianların qəzəbinə səbəb olub.

Din.az bildirir ki, İsraildə Hayfa şəhərindəki incəsənət sərgisində “McDonald`s”-ın simvolu olan Ronald Makdonaldsın çarmıxa çəkilmiş instalyasiyanın təqdim edilməsindən sonra, böyük qalmaqal baş verib.

“Makİsa” adlı heykəl yerli xristianların qəzəbinə səbəb olub. Onlar həmin heykəlin dərhal yığışdırılmasını tələb ediblər.

Məlum məsələ bir neçə etiraz aksiyasına da səbəb olub. Həmin aksiyalar zamanı sərginin yerləşdiyi binana “Molotov kokteyli” atılıb; nəticədə 3 polis əməkdaşı xəsarət alıb.

Bu təhqiramiz heykəl və onun yığışdırılması ilə bağlı kilsə rəsmiləri də məhkəməyə şikayətlə müraciət ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN İLƏ İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

Yanvarın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsi Ramazan Abdulatipovla görüşüb.

Bağla