İSTANBUL TAKSİM MƏSCİDİ SABAH AÇILACAQ – VİDEO

0

Uzun illər müzakirələrə səbəb olan və 4 il əvvəl təməli qoyulan Türkiyə İstanbul şəhərinin Beyoğlu rayonundakı Taksim məscidinin sabah açılışı olacaq.

Bu barədə Türkiyə Diyanet komitəsinin sədri Əli Erbaş sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.

“Memarlığı və daxilində olan bölmələri ilə bir kompleks olmaq xüsusiyyətinə malik Taksim məscidinin 28 may günü cümə namazı ilə istifadəyə veriləcək.

Uca Allah qiyamətə qədər minarələrindən azan səslərini əskik eləməsin. Millətimiz və bütün İslam dünyası üçün xeyirli olsun.” – deyə Erbaş paylaşımında bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MAKRON FRANSANIN RUANDADA TÖRƏTDİYİ SOYQIRIMINA GÖRƏ ÜZR İSTƏDİ

Fransa prezidenti Emmanuel Makron ilk dəfə olaraq Ruandadakı soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib. “RİA Novosti” xəbər verir ki,...

Bağla