İSTANBULDA SƏHABƏ TÜRBƏLƏRİ 

0

Peyğəmbərimizi (sav) həyatda görən, ona inanan və bir müddət onunla birlikdə olmuş şəxslərə səhabə deyilir. Dinin zəif olduğu dövrlərdə İslama inananan, bir çox çətinliklərə və işgəncələrə məruz qalmış peyğəmbərimizi (sav) özündən çox sevən, onu mühafizə edən və ona hörmət göstərən səhabələr hər bir müsəlman tərəfindən sevilir. 

Bəzi səhabələr əməvilər və abbasilər dövründə, peyğəmbərimizin fəthini müjdələdiyi Bizansı almaq üçün İstanbula gələrək burada şəhid olmuş və ya müxtəlif səbəblərdən vəfat etmişdirlər. 

İstanbulun fəthindən sonra Osmanlılar dövründə bu qəbirlərin üstündə türbə və ya m əscid tikilmişdir.

Xalqın kütləvi şəkildə ziyarət etdiyi bu müqəddəs məkanlardan Əyyub əl-Ənsari və Əbu Şeybə əl-Xudri həzrətlərinin səhabə olduqları dəqiq bilinməkdədir.

Bunlardan başqa İstanbulda daha 28 səhabə qəbri var. Onlardan 9-u Ayvansarayda qala divarının dibində, 4-ü Eyüp səmtində, 3-ü Karaköy “Yeraltı məscidi”ndə, 1-i Karacaahmet qəbristanlığında, 12-si isə Suriçi bölgəsindədir. Amma onların həqiqətən də səhabə olub-olmadıqları dəqiq bilinməməkdədir. Onlardan sadəcə Əyyub əl-Ənsari və Əbu Şeybə əl-Xudri həzrətlərinin səhabə olduğu dəqiqdir. Onlar İstanbul mühasirəsində iştirak edərək burada şəhid olub və dəfn ediliblər.   

Əbud-Dərda, Əbu Zər Qifari, amr b. As, Əbu Said əl-Xudri və Cabir b. Abdullahın da səhabə olduqları dəqiq bilinsə də onlar İstanbula gəlməmiş və burada vəfat etməmişdirlər. Səhabə olduqları iddia edilən digər yerlərdə isə shabə olub-olmadığı bilinmir və ya bu yerlər səhabə qəbri deyə uydurulub.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İBADƏT VƏ EKOLOGİYA

İlk dəfə 1873 cü ildə alman zooloqu E. K. Haeckl tərəfindən “canlı varlıqların və orqanizmlərin ətraf mühitlə və bir-biriylə olan...

Bağla