KANADADA “AÇIQ MƏSCİD GÜNLƏRİ” RƏĞBƏTLƏ QARŞILANIB

0

Kanadada hər il oktyabrda baş tutan “İslam irsi ayı” tədbirləri çərçivəsində “Açıq məscid günləri” keçirilib.

Ölkədəki müsəlmanların qonşularını, iş və məktəb yoldaşlarını dəvət etdikləri tədbirlərdə din xadimləri qeyri-müsəlmanların sualllarına cavab veriblər.

Kanadanın Hamilton şəhərində Müsəlmanlar Dərnəyi tərəfindən təşkil edilən tədbirə qeyri-müsəlmanlar böyük rəğbət göstəriblər.   

Müsəlmanlar Dərnəyinin sədri Cavid Mirzə burada İslam dininin gözəlliklərini təbliğ etdiklərini deyib:

“Hamiltonda 40-dan çox fərli mədəniyyətə aid müsəlman yaşayır. Biz burada Peyğəmbərimizin (ﷺ) elçiləri kimi mədəniyyətimizi, inancımızı, dinimizi bu cür tədbirlərlə yaymağa çalışırıq. İşimiz onları müsəlman etmək deyil. Bu Allahın əlindədir. Biz sadəcə dinimizin gözəlliklərini təbliğ etməyə cəhd edirik.” – deyə Mirzə bildirib.

Tədbir çərçivəsində məsciddə slad filmlərlə İslam inancının əsasları və digər dinlərlə fərqli tərəfləri iştirakçılara izah edilib.

Tədbirdə iştirak edənlərə şirniyyat və şərbət ikram edilib, kiçik uşaqlara isə oyuncaq və müxtəlif hədiyyələr verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İL 248 UŞAĞA POLAD, 65 UŞAĞA XUDAYAR ADI VERİLİB

Bu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub. Məlumata görə, 2021-ci...

Bağla