KUTUL-AMARƏ ZƏFƏRİNİN İLDÖNÜMÜDÜR

0

Bu gün Osmanlı ordusunun ingilislər üzərində qazandığı Kutul Amara zəfərinin 105-ci ildönümüdür.

Kutul Amara zəfəri Osmanlı ordusunun çətin şərtlərlə nələr baçara biləcəyinin tarixdəki önəmli örnəkləri sırasında yer alır.

Qeyd edək ki, Kutul Amara savaşı 1916-cı ildə İraqın Kut bölgəsində baş verib. Osmanlı ordusu ilə Britaniya ordusu arasında bu yerdə baş verən savaş osmanlıların böyük qələbəsi ilə bitib. Savaş zamanı 40 min ingilis əsgəri öldürülüb, 13300 əsgər, 13 general və 481 zabit əsir götürülüb.

Türk tarixinin ən böyük zəfərlərindən biri 29 aprel 2016-cı ildə qazanılıb. Türk ordusunun Kutul Amara zəfəri ilə ingilislər hardasa 300 il aradan sonra ən ağır məğlubiyyətini aldı.

İngilislər Bəsrə körfəzindən Bağdadı ələ keçirmək üçün hərəkətə keçdi. Məqsəd bölgədə “qara qızıl” sahib olmaq idi. İngilsilərin strateji və iqtisadi üstünlüyə sahib olması üçün öncə Bağdadı ələ keçirmək idi. Bağdad isə Osmanlının nəzarətində idi. Bağdada gedən ən önəmli nöqtə isə Kut şəhəri idi.

İngilsilər Kut şəhərini ələ keçirməklə Bağdada sahib olmaq istəyirdi. Ancaq belə olmadı, yanlış hesablama bu dəfə Bağdaddan deyil, Kutdan döndü.

İngilislər 1914-cü ilin 3 noyabrında Bəsrə körfəzinə qoşun çıxardı və Abadan yerləşdirdi. İk gün sonra Bəsrənin cənubunda yer alan, strateji əhəmiyyət daşıyan Fav yarımadasını ələ keçirdi. Osmanlı sultanlığının qoşunları isə Çanaqqala, Sarıqamış və Fələstin cəbhəsi boyu yayılmlışdı. Buna görə ingilislərin Bəsrəyə yetişməsi çətin olmadı.

İngilis general Tovnşend Dəclə çayı boyunca yenidən hərəkət keçdi. Osmanlı qüvvələri Nurəddin bəyin komandanlığı altında savaşırdı.

Hədəfləri Bağdadı ələ keçirmək olan ingilislər yol üzərindəki Kutul Amaranı işğal edəndə təqvim 1915-ci ilin payızını göstərirdi.

1915-ci ilin 22 noyabrında Tovnşend Bağdaddan 30 kilmetr uzaqlıqdakı Salmanıpak bölgəsində hücuma keçdi. Türk ordusunun komandanlığına da alman marşal Goltz paşa gətirildi. Salmanıpakda çoxlu sayda itki verən ingilislər Kutul Amaraya çəkildi. Osmanlı qüvvələri qalanı mühasirəyə aldı. Bu zaman türk ordusunun komandanlığı Xəlil paşaya tapşırıldı.

Türk ordusu mühasirəyə aldığı qalanın ətrafında güclü mövqe qurdu. Dəclə çayı istiqamətindən gəlməsi ehtimal edilən düşmən birliklərinin keçməməsi üçün estehkamlar quruldu. General Tovnşendin ümidi tükənmək üzrəydi.

İngilis əsgərləri arasında xəstəlik və aclıq ordunun müqavimətini qırırdı. İngilis general təslimiyyəti qəbul edəcəkdi, lakin şərti vardı.

General əsir düşmək istəmədiyi üçün təslim olmasının əvəzində sərbəst buraxılmasını tələb edir, bunun əvəzində isə Xəlil paşanın özünə bir milyon sterlinq çek verəcəyini vəd edirdi. Bundan əlavə, əsgərlərin bütün silahlarını da Osmanlı ordusuna verəcəkdi.

Xəlil paşanın rüşvət təklifinə təpkisi sərt oldu. Uzun illər sonra xatirələrində bu təklifi “zarafat” deyə xatırlayırdı.

İlk təklifləri rədd edilən ingilislər iinci təkliflərini irəli sürdü. Təklifin yazıldığıməktubu Xəlil paşaya yetirən şəxsin adı tanış idi – Ərəbləri Osmanlıya qarşı üsyana qaldıran məşhur ingilis casusu Tomas Lourens. General bu dəfə 2 milyon sterlinq təklif edirdi. Bu təklif Xəlil paşanın gözündə yox hökmündə idi.

Aclıq və xəstəliklə yanaşı, ingils ordusunun cəbbəxanasında silah və sursat da tükənirdi. Hind tüməni, dini qaydalara görə at əti rədd edilincə aclıq dayanılmaz hala gəldi. Sonda Tovnşend əlində olan silah və sursatları məhv edərək 29 aprel 1916-cı ildə təslim oldu.

Böyük Britaniya tarxinə ən ağır məğlubiyyətlərdən biri kimi düşən Kutul Amara məğlubiyyəti ingilislər üçün böyük bir xəyal qırıqlığı oldu. Uzun illər ingilslər bu ağır məğlubiyyəti tarixdən silməyə çalışdılar.

Bu zəfər təkcə ingilislərin deyil, türk tarixindən də silinməyə çalışıldı. Ancaq üzərindən yüz ildən artıq zaman keçən Kutul Amara zəfəri yenidən xatırlanır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HZ. PEYĞƏMBƏRİN BİR RAMAZAN GÜNÜ

Bağla