LONDONUN TRAFALGAR MEYDANINDA İFTAR SÜFRƏSİ AÇILIB – FOTO VİDEO

0

İngiltərənin paytaxtı London şəhərindəki böyük Trafalgar meydanında iftar süfrəsi açılıb. İftar proqramında müsəlman və qeyri-müsəlmanların olduğu 2 mindən çox insan iştirak edib.

Türkiyə əslli din xadimi Muhiddin Aydının oxuduğu axşam azanı ilə iftar edən müsəlmanlar, London bələdiyyə başçısı Sadiq Xanın iştrakı ilə axşam namazı qılıblar.

Burada ilk iftar süfrəsinin 2019-cu ildə açıldığını deyən Sadiq Xan, dünyanın ən bğyük meydanlarından birində oruc açmağın gözəl bir hiss olduğunu qeyd edib.

Sadiq Xan həmçinin bildirib ki, mayın 7-də günorta saat 12.00-dən axşam saat 19.00-a qədər meydanda ramazan bayramı qeyd ediləcək. London bələdiyyə başçısı bayram tədbirində İslam mədəniyyətinin, kulinariyasının, musiqisinin, folklorunun və s. nümayiş olunacağını deyib.

trafalgarmeydani3.jpg

trafalgarmeydani2.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ RAMAZAN MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan Bayramı Münasibətilə Azərbaycan xalqını və müsəlman aləmini təbrik edib. Təbrikdə deyilir:...

Bağla