MƏKKƏ VƏ MƏDİNƏDƏ KOMENDANT SAATI ARTIRILDI

0

Səudiyyə Ərəbistanı krallığı, covid-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində Məkkə və Mədinə şəhərlərində komendant saatının vaxtını artırıb. Rəsmi SPA agentliyinin yaydığı məlumata görə, bundan sonra hər iki şəhərdə 24 saatlıq komendant saatı tətbiq ediləcək.

Dövlət qurumları və həyat təminatı obyektlərinin bu şəhərlərdə fasiləsiz fəaliyyət göstərəcəyi, sakinlərin isə ehtiyaclarını qarşılamaq üçün saat 06.00 ilə 15.00 arasında xüsusi icazə ilə bayıra çıxa biləcəkləri qeyd edilib.

Bundan başqa Məkkə və Mədinə şəhərlərinə giriş və çıxış qadağasının da qüvvədə qaldığı vurğulanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 1 885 nəfər covid-19 virusuna yoluxub və 21 nəfər bu səbəbdən dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ORDUSUDAN TERRORÇULARA ZƏRBƏ

Suriyanın şimalında 14 terrorçu zərərsizləşdirilib. İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki,...

Bağla