MƏKKƏDƏ DUANIN QƏBUL EDİLDİYİ 15 YER

0

Məkkəlilər Peyğəmbərimizə (s.ə.s) İslam dini çərçivəsində beyət etdilər. Gücləri çatdığı qədər Allahın və Peyğəmbərin əmrlərini dinləyib itaət edəcəkləri barədə söz verdilər. Bu vaxt Peyğəmbərimiz əmisi Abbasdan soruşdu:

 – Qardaşın Əbu Ləhəbin iki oğlu Ütbə və Müəttib harda qaldı. Onları görə bilmədim.  

 – Hər halda qüreyşli müşriklər qaçanda, onlarla birlikdə gediblər.

 – Onları tapıb yanıma gətir.

Abbas (r.a) miniyinə minərək onları axtarmağa getdi. Tapdığı zaman, Rəsulullah (s.ə.s) sizi çağırır – dedi. Onlar birlikdə Allahın Peyğəmbərinin (s.ə.s) hüzuruna gəldilər.

Peyğəmbər (s.ə.s) onları İslam dininə dəvət etdi, onlar da dərhal müsəlman oldular. Peyğəmbərimiz onların müsəlman olmasına çox sevindi.Əllərindən tutub Mültəzəmə apardı və bir müddət Allaha dua etdi. Sonra geri qayıtdılar. Rasulullahın simasında böyük sevinc müşahidə edilirdi.

Abbas (r.a):

 – Ya Rasulullah! Allah daim size sevindirsin! Üzünüzdə böyük sevinc görürəm.

 – Bəli! Rəbbimdən əmizadələrimin mənim üçün bağışlanmasını təmənna etdim. O da bağışladı.

Ütbə ilə Müəttib (r.a) artıq Rasulullahın yanından heç ayrılmırdılar. Birlikdə Məkkə yaxınlığında Hüneynə getdilər. hüneyn qəzvəsi vaxtı qarışıqlıq baş versə də onlar Peyğəmbərimizin (s.ə.s) yanından heç ayrılmadılar. Hətta Müəttib həmin gün Rasulullahı qoruyan vaxt gözündən yaralandı.

( İbn Sad, IV, 60, Süyuti, Hasaisül-Kübra, II, 82; Halebi, İnsanul-Uyun, III, 48)

Mültəzəm, Kəbənin qapısı ilə Həcəri-Əsvəd (müqəddəs qara daş) arasında olan hissəyə deyilir. Rəvayətə görə Peyğəmbərimiz (s.ə.s) Mültəzəmdə dayanaraq sinəsini, üzünü, qollarını və ovuclarını Kəbənini divarına söykəyərək dua etmişdir.

 (Əbu Davud, Menasıq, 54/1899)

Mültəzəm dua yeri mənasında olan “əl-Müddəa” adıyla da bilinir.

Həsən Bəsri (r.a) məkkəlilər üçün yazdığı xüsusi risalədə 15 yerdə duanın qəbul edildiyini yazmışdır:

1. Təvaf edəndə. 2. Mültəzəmdə. 3. Kəbənin qızıl navalçanın (altınoluk) altında. 4. Kəbənin içində. 5. Zəmzəmin yanında. 6. Səfa təpəsində. 7. Mərvə təpəsində. 8. Say edərkən. 9. Məqamı-İbrahimin arxasında. 10. Ərafatda. 11. Müzdəlifədə. 12. Minada. 13. 14.15. üç cəmrənin yanında.

 Dr. Murat Kaya

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜNAQİŞƏNİN ZƏRƏRLƏRİ

Bir gün Rəsullah (s.ə.s) Qədir gecəsini xəbər vermək üçün evdən çıxmışdı. Məscidə gəldikdə əshabdan iki nəfər aralarında münaqişə edirdilər. Peyğəmbərimiz:...

Bağla