MƏKKƏDƏ HƏCC MÖVSÜMÜ ÜÇÜN HAZIRLIQLAR DAVAM EDİR

0

Qurban bayramının və Həcc ibadətinin başlamağına saylı günlər qala Səudiyyə Ərəbistanında Həcc mövsümü üçün hazırlıqlar davam edir.

Məkkə bələdiyyəsinin məruzəçisi Raad əş-Şərif ötən gün, iyulun ortalarında başlayacaq Həcc mövsümü üçün hazırlıqların davam etdiyini deyib. Şərif hazırlıqlar çərçivəsində 58 tunelin və 59 körpünün istifadəyə veriləcəyini, həmçinin havalandırma, yanğın söndürmə sistemləri, əlavə generatorlar, rütubət və qaz sensorları ilə görüntü cihazarı üçün işlərin davam etdiyini qeyd edib.   

Əş-Şərif zəvvarlara ən yaxşı xidməti göstərmək üçün bütün şərtləri səfərbər edəcəklərini deyib.

Qeyd edək ki, daha əvvəl müqəddəs məkanda zəvvarların təmasını minimuma endirmək üçün robotlardan və süni intellektdən istifadə ediləcəyi bildirilmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PANDEMİYA DÖVRÜNDƏ 12 MİN NƏFƏR QURAN HAFİZİ OLDU

Türkiyə Diyanet komitəsinin sədri professor Əli Erbaş ölkənin 81 vilayətində hafizlik təlimlərinin davam etdiyini bildirib. “Həqiqətin və hidayətin mənbəyi olan...

Bağla