Məscidlərdə vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibənin vaxtı və yeri bəlli oldu

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə avqust ayının 2-dən etibarən başlayacaq.

Qeyd edək ki, Azərbaycanda  İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may – 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270  namizədin sənədi qeydə alınıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında (Bakı şəhəri, Məhəmməd Naxçıvani 29) təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.

Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Hər bir namizəddən ona bildirilmiş vaxtda müsahibə keçiriləcək ünvana gəlməsi xahiş olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR”

“Mən siyasətçi deyiləm, lakin bunu mütləq qeyd etmək lazımdır ki, Qafqazda iki qonşu ölkə - Azərbaycan və Gürcüstan arasında siyasi,...

Bağla