MƏŞHUR TELEFONDAN RAMAZANA ÖZƏL TƏTBİQ

0

Xüsusilə ramazan ayında oruc tutan qadınlar yemək bişirəndə ərzaqın ölçüsü və yeməyin dadı məsələsində bəzi problemlərlə üzləşir. Çinin Huaweii şirkəti isə bu problemin qarşısını almaq üçün yeni kamera özəlliyi olan telefonlar istehsal edib. Yeni telefonların kamerasına super yavaş çəkiliş rejimi əlavə edilib ki, şirkət bunun yemək hazırlayan qadınlar üçün faydalı olacağını hesab edir.

Bu rejimdə çəkilmiş video və şəkillər görüntünü ən kiçik detalına qədər göstərir. Bu isə yeməyə atılan ərzaq və ədviyyatın ölçüsünü tənzimləməyə yardım edəcək. 

Bundan başqa videoya baxaraq yemək hazırlayanlar üçün də cihaza filmi yavaş hərəkət etdirmə formatı əlavə edilib.

“Albawaba”nın xəbərinə görə Huawei daha əvvəl müsəlmanlar üçün namaz vaxtları özəlliyi olan telefon istehsal etmişdi. Çinli müsəlmanlar tərəfindən təhdid edilən firma bu telefonu satışa çıxarmamışdı.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ACLARI DÜŞÜNMƏK ONLARI DOYDURMAZ!

İbadətlər sadəcə fərdi həyat tərzini nizamlamır, eyni zamanda ictimai tarazlığı da tənzimləyir.

Bağla