Malidə Həzrəti Muhammədin (ﷺ) təhqir edilməsinə görə etiraz aksiyası keçirilib

0

Mali respublikasında, İslam peyğəmbəri Həzrəti Muhammədin (ﷺ) sosial şəbəkədə təhqir edilməsinə qarşı böyük etiraz aksiyası keçirilib.

Mali Ali İslam Şurasının təşkilatçılığı ilə paytaxt Bamako şəhərinin “Müstəqillik” meydanında keçirilən aksiyada minlərlə insan iştirak edib.

Aksiyaçılar, sosial şəbəkə plotformlarında dolaşan İslam dini, Qurani-Kərim və Həzrəti Muhammədin (ﷺ) təhqir edildiyi videolara etiraz edərək bu işə görə məsuliyyət daşıyanların həbs edilməsini tələb edib.

İslam diininə dəstək verən müxtəlif şüar və plakat daşıyan etirazçılar aksiyanın sonunda səssizcə dağılışıblar.  

Əhalisinin 95 %-nin müsəlman olduğu Malidə paylaşılan bu video böyük etirazla qarşılamış və bu işə görə 6 nəfər saxlanılmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NİYYƏTİN HARA, MƏNZİLİN ORA!

İslam dinində niyyətin önəmli bir yeri vardır. İnsanın bütün əməlləri niyyətinə görə dəyər qazanır. Niyyət düzgün olarsa, insan etdiyi və...

Bağla