MEHMET EMİN AY AYASOFİYA MƏSCİDİNƏ TƏYİN EDİLDİ

0

Orta və yaşlı nəslin oxuduğu ilahi nəğmələrlə tanıdığı Mehmet Emin Ay, Türkiyənin İstanbul şəhərindəki Böyük Ayasofiya məscidində vəzifəyə təyin edilib.

İslamveirfan.com-un yerli mətbuata istinadən verdiyi xəbərə görə, M. E. Ay Türkiyənin rəsmi dini idarəsi Diyanet tərəfindən Ayasofiya məscidinə imam-xətib təyin olunub.

Mehmet Emin Ay bu məsciddə cümə günləri cümə, əsr, məğrib, işa və şənbə günləri sübh namazlarını qıldıracaq.

Daha əvvəl Bursa şəhəri Müftiliyində də fəaliyyət göstərən Mehmet Emin Ayın Ayasofiyadakı vəzifəsinin bir il davam edəcəyi bildirilib.

Qeyd edək ki, Mehmet Emin Ay Bursa şəhərindəki “Uludağ” universiteti İlahiyyat fakultəsinin müəllimidir və professor elmi ünvanına sahibdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mövlud Çavuşoğlu: “Azərbaycanla birlikdə tarixi İpək yolunu bərpa etməyə çalışırıq”

“Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi İpək yolunu bərpa etməyə çalışırıq”. “Report” xəbər verir ki, bunu Türkiyənin...

Bağla