MÖVLİDİ-ŞƏRİFDƏ EDİLƏCƏK İBADƏTLƏR

0

Peyğambər (s.a.s) doğum günü (Mövldi-Şərif)  17 Oktyabr 2021 bazar günü olacaq. Mövlid “doğum yeri və zamanı” mənasına gəlir. Mövlidi-Şərif iki cahan sərvəri olan aləmlərə rəhmət üçün göndərilən Hz. Peyğambərin dünyaya gəlişinin il dönümüdür.

Peyğambər (s.a.s) məhşur fil hadisəsinin baş verdiyi il doğulmuşdur. 571-ci il Rəbiüləvvəl ayının 12-si bazar ertəsi günü dünyaya göz açmışdır.

Mövlidi-Şərif Peyğambərimizin dünyanı şərəfləndirdiyi gündür. Bu gecənin feyzindən istifadə etmək vacibidir.

MÖVLİD-ŞƏRİFDƏ EDİLMƏSİ TÖVSİYƏ OLUNAN DUA VƏ İBADƏTLƏR.

  • SALAVAT GƏTİRMƏK

Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.) (Əhzab, 56)

  • QƏZA NAMAZI VƏ NAFİLƏ NAMAZI QILMAQ

Peyğambərimiz “Namaz gözümün nurudur” buyurur. (Nesai, Ahmed bin Hanbel)

  • QURANİ-KƏRİM OXUMAQ

Allah dostları mübarək gecələrdə çoxlu Quran oxumasını tövsiyə edərlər. Peyğambərimiz “Kim Qurani-Kərimdən bir hərf oxuyarsa onun üçün bir yaxşılıq savabı vardır. Hər bir yaxşılığın əvəzi də on savabdır. Mən əlif lam mim bir hərfdir demirəm, əksinə əlif bir hərf, lam bir hərf, mim də bir hərfdir.” buyurur. (Tirmizi, Fəzailul Quran, 16)

  • TÖVBƏ VƏ İSTİĞFAR ETMƏK

Peyğambər (s.a.s) “Mən gündə yüz dəfə istiğfar edirəm” buyurur. (Müslim, Zikir, 42)

  • DUA ETMƏK

De ki: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey kafirlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!”. (Furqan, 77)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ MƏCLİS ZƏFƏR GÜNÜ İLƏ BAĞLI XÜSUSİ İCLAS KEÇİRƏCƏK

Milli Məclis 8 Noyabr - Zəfər Gününün birinci ildönümü ilə bağlı xüsusi iclas keçirəcək. Bunu "Report"a açıqlamasında parlament Aparatının rəhbəri...

Bağla