Mübariz Qurbanlı: Ermənilər nəinki yəhudilərə, bütün millətlərə nifrət edirlər

0

Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “The Jerusalem Post” qəzetində dərc edilən məqaləyə münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, Ermənistan monoetnik dövlətdir, burada nə sovet dönəmində yəhudi milləti olub, nə də bu gün yaşayır:

“Olsa da, çox nadir halda rast gəlinər. Bu da onu göstərir ki, ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır və bu, onları müxtəlif dinlərə, xalqlara qarşı düşmənçiliyə yönəldir.

Onların yəhudi millətinə olan münasibəti bəllidir. Ermənilərin elə ölkəmizə qarşı törətdiyi qətliamlar, həmin hadisələr zamanı Quba-Xaçmaz ərazisində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar bunu bir daha sübut edir. Ümumiyyətlə, bu, erməni xislətidir. Onlarda nəinki yəhudilərə, bütün millətlərə qarşı nifrət var”.

Qeyd edək ki, jurnalist Cessi Boqner “The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. Həmçinin müəllif Ermənistan cəmiyyətinin sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutların olduğunu qeyd edib.

Bundan başqa, Anti-Diffamasiya Liqasının növbəti “Global 100” araşdırması nəticəsində məlum olub ki, ermənilərin əksəriyyəti müxtəlif antisemit stereotiplərin düzgün olduğu qənaətindədir.

Müəllif bildirir ki, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycanla müqayisədə, İsrail və Ermənistan arasında münasibətlər kifayət qədər lazımi səviyyədə inkişaf etməyib. Azərbaycanla İsrail arasında möhkəm münasibətlərin olması təsadüfi deyil. Azərbaycanda antisemitizm yoxdur, çiçəklənən yəhudi icması var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BEŞİKDƏN QƏBRƏ “TÖVBƏ”

Bir gün ana bətnindən ayrılıb bu dünyaya göz açmışdıq. Bu dünya ilə ilk tanışlığımız yanağımızdan süzülən göz yaşları və anamıza...

Bağla