MÜQƏDDƏS KƏBƏ GÜL SUYU VƏ ZƏMZƏMLƏ YUYULDU – VİDEO

0

Müsəlmanların qibləgahı olan müqədəs Kəbəi-Şərif Həc mövsümü və Qurban bayramı sonrası ənənəvi olaraq gül suyu və udi yağı qarışdırılmış zəmzəm suyu ilə yuyuldu.

Təntənəli mərasimdə kral Abduləziz bin Salmanın əvəzinə Məkkə əmiri şahzadə Xalid əl-Faysal bin Abduləziz və rəsmi nümayəndə heyəti iştirak edib.

Koronavirusa qarşı tədbirlərin gücləndirildiyi mərasim başa çatdıqdan sonra iştirak edənlər müqəddəs Kəbəni tavaf edib və 2 rəkat tavaf namazı qılıblar.

Daha sonra bildirildi ki, Məscidi-Haram və Məscidi-Nəbəvi işləri üzrə dövlət komitəsinin qəbul etdiyi qərara əsasən, daha əvvəl ildə 2 dəfə olan Kəbənin gül suyu ilə yuyulması prosesi bundan sonra ildə bir dəfə olacaq.

Mənbə: İHA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENTİN KÖMƏKÇİSİ DİN XADİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. İslamveirfan.com xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi...

Bağla