MÜSƏLMAN ÖLKƏSİNDƏ TƏLƏBƏLƏRƏ ƏYLƏNMƏK QADAĞAN OLUNDU

0

Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb.

Bu barədə “Radio Azattık” müəllim və tələbələrə istinadən məlumat yayıb.

Tələbələr bildiriblər ki, tətilə çıxmamışdan öncə onlarla müvafiq söhbətlər aparılıb və yazılı iltizam alınıb. Konkret olaraq tələbələrə mobil telefonla danışmaq, internetdən istifadə etmək, toylara, habelə qonaq getmək və yaşadıqları kənd və qəsəbələri tərk etmək qadağan olunub.

Tələbələrə həmçinin evə yalnız qatar, təyyarə və dövlət müəssisələrinə məxsus avtobuslarla getmək tövsiyə olunub. Tətildən sonra onlar oxuduqları ali məktəbin dekanlığına biletlərin sürətini təqdim etməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MASALLIDA “ŞƏHİDLƏR UNUDULMUR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin...

Bağla