NAMAZI QƏZA ETMƏYİN HÖKMÜ NƏDİR?

0

Namazı vaxtında qılmağa əda, vaxtından sonraya saxlamağa qəza deyilir. Bir səbəb olmadan namazı qəzaya saxlamamaq lazımdır.

Allah-Təala belə buyurur:

“Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir”. (Nisa 103)

Namazı səbəbsiz bir şəkildə qəzaya saxlamağın günahı həmin namazı qəza etdikdən sonra silinmir. Bir də tövbə etmək lazımdır.

Hər hansı üzürlü səbəbə görə namazı qəzaya saxlamaqda problem yoxdur. Məsələn, düşmən qorxusu, həkim əməliyatının vaxtından artıq uzanması, həkimin doğum edəcək qadının yanında çox qalmağı lazım olduqda.

Peyğəmbər (s.ə.s) Xəndək döyüşündə namazlarını təxirə salmışdı. Abdullah İbn Məsud (r.a) bu hadisəni belə danışır:.

“Xəndək döyüşündə müşriklər, Peyğəmbərə (s.ə.s) dörd vaxt namaz qılmağa imkan vermədilər. Nəhayət, Peyğəmbər gecənin yarısı keçdikdən sonra Bilala azan oxumasını əmr etdi. Bilal azan oxudu və iqamə gətirdi. Hz. Peyğəmbər zöhr namazını qıldırdı, ardıyca da iqamə gətirilərək əsr, məğrib və işa namazlarını qıldırdı”. (Tirmizi, Məvakit 18)

Namazı bilərək  və təmbəllik edərək tərk etmək böyük günahdır. Həmin namazı qəza etmək lazımdır.

Peyğəmbər (s.ə.s) belə buyurur:

“Biriniz yuxuya qalmaq və ya yadından çıxmaq səbəbi ilə fərz namazı qılmasa, xatırladığı zaman onu həmin an qılsın. Çünki Allah-Təala Məni zikr etmək üçün namaz qılın buyurmuşdur”. (Müslim, Məsacid 316)

Başqa bir hədisdə buyrulur:

“Bir kimsə namaz qılmağı unudarsa, xatırladığı zaman həmin an qılsın. Çünki namazın bundan başqa kəfarəti yoxdur”. (Müslim, Məsacid 314)

Nəticə olaraq namazı qaçırmamaq üçün unutqanlıqlara qarşı tədbir almaq, sübh namazı üçün vaxtında oyanmaq lazımdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-HARAMA GİRƏCƏK ZİYARƏTÇİ SAYI ARTIRILDI

Səudiyyə Ərəbistanı krallığı tərəfindən ramazan ayı müddətində koronovius tədbirləri çərçivəsində Kəbəyə qəbul ediləcək ziyarətçi sayı açıqlanıb. Yerli SPA agentliyinin məlumatına...

Bağla