ÖLKƏMİZ BEYNƏLXALQ QURAN MÜSABİQƏSİNDƏ TƏMSİL EDİLƏCƏK

0

Türkiyə Respublikasında “VII Beynəlxalq Hafizlik və gözəl Quran oxuma müsabiqəsi” keçiriləcək. 68 ölkədən 121 hafiz və qarinin iştirak edəcəyi müsabiqədə Azərbaycan da təmsil ediləcək. Bu barədə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəsmi facebook səhifəsində məlumat verilib:  

“Türkiyə Respublikasında keçirilən VII beynəlxalq gözəl Quran oxuma və hifz müsabiqəsində ölkəmizi Heydər məscidinin imam müavini Rza Rzayev və Qəbələ rayonu Nohurqışlaq kənd məscidinin imamı İlham Məmmədov təmsil edəcək.
Qeyd edək ki, 20-27 may tarixində keçiriləcək müsabiqədə 68 ölkənin nümayəndələri iştirak edəcək. Hər iki iştirakçıya uğurlar arzulayırıq.” – deyə açıqlamada bildirilib. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏŞHURLARLA – RAMAZAN HAQDA

Xalq artisti Alim Qasımov      İrfan: “Ramazan” deyəndə sizə nəyi xatırladır?      Alim Q.: Ramazan, möminlərin sevincidir, Allah...

Bağla