ORTA MƏKTƏBLƏRDƏ RADİKALİZMİN ZƏRƏRLƏRİ HAQQINDA MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRI DAVAM EDİR

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Bakı Şəhəri Sabunçu rayonu 215 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinə maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda məktəbin müəllim heyəti və şagirdləri iştirak edib.

Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə və vətəndaşlara vurduğu zərərləri haqqında tələbələrə geniş məlumat verilib. Mövzu haqqında danışan Rəşad Manafov  dünyanı cənginə almış radikalizmin bəzi din düşmənçiliyi edən qüvvələr qərəfindən İslam dininin bir predmenti kimi təqdim edilməsinin də yol verilməz olduğunu qeyd edib.  Natiq öz çıxışında onu da vurğulayıb ki, din insanlara davamlı olaraq sevgini, mərhəməti və tolerantlığı aşıladığı halda radikalizm başqalarına qarşı nifrəti və qərəzliliyi təlqin edir. O eyni zamanda bu mövzularda doğru qaynaqlardan maariflənməyin də zəruri olduğunu qeyd edib.

Seminarlar təhsil müəssiəslərinin rəhbərliyi tərəfindən təyin  edilmiş tələbə və şagirdlərə mövzunun  mütəxəssisləri tərəfindən keçirilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular seminar iştirakçılarına təqdim edilir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Sumqayıq, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə radikalizimdən uzaq dini maarifləndirmənin, milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA İFTAR MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən...

Bağla