PANDEMİYAYA QARŞI İDEAL RƏFTAR: İBRƏT, TƏDBİR, TƏVƏKKÜL VƏ DUA

0

Türkiyənin dini komitəsi “Diyanət”in sədri professor Əli Erbaş ölkədəki vilayətlərin və rayonların müftiləri ilə online görüş keçirib. Əli Erbaş, bu çətin pandemiya dövründə fəaliyyətlərini davam etdirən din xadimlərinə təşəkkürünü bildirib.

“Əsas vəzifələrimizdən biri də bu pandemiya dövründə xalqımızın, baş verən bu müsibət qarşısında ən düzgün mövqeyi nümayiş etdirməsinə rəhbərlik etmək idi və biz buna cəhd etdik. Xüsusilə moizə və xütbələrimizdəki açıqlamalarımızla ibrət, tədbir, təvəkkül və dua olmaqla diqqətləri 4 əsas prinsipə cəlb etdik. 

Düzgün oxunduğu zaman kainatda baş verən müsbət və ya mənfi hər hadisənin əhəmiyyətli həqiqətlərə işarə ediyini deyən Erbaş, bu pandemiyada da insanların öhdəlikləri və Allahla, təbiətlə, elmlə, əxlaqla, hüquqla münasibətləri baxımından böyük mesajlar olduğunu vurğulayıb.”

İnsanların baş verənləri düzgün anlayaraq doğru dəyərləndirməsinin vacib olduğunu deyən Diyanət başqanı, əks təqdirdə bunun gələcək nəsillərin zehnində fəsadlara səbəb ola biləcəyini vurğulayıb.

“Bu gün hər birimizin vəzifəsi, bəşəriyyətin məruz qaldığı virusu birlik və bərabərlik ruhu ilə zərərsizləşdirmək üçün sbrlə mübarizə aparmaqdır və baş verənlərdən ibrət almaqdır. Həmçinin Allahdan gələnlərə razı olmaqla yanaşı, qəbul edilən bütün qaydalara riayət etməkdir.

Bu barədə xalqımızı marifləndirəcəyik. Məhz bu həqiqətlə çərçivəsində insanlara şüur qazandırmağa çalışmışıq. Deməliyəm ki, bu məsələ çox əhəmiyyətlidir. Çünki bu xüsusları görməməzliyə vursaq, xüsusilə gənc nəslin zehnində bəla və müsibətləri başa düşmək və məna vermək baxımından əskikliklər yaranması təhlükəsi var.” – deyə Əli Erbaş bildirib.     

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SEPARATÇI TERRORÇULARA “YILDIRIM” ZƏRBƏSİ

Türkiyədə Daxili Qoşunların PKK terror qruplaşmasına qarşı keçirdiyi “Yıldırım-1” əməliyyatı çərçivəsində  bir qrupterorçu silahları ilə birlikdə zərərsizləşdirilib. İslamveirfan.com xəbər verir...

Bağla