PEYĞƏMBƏRİN (ﷺ) ÇİNƏ GÖNDƏRDİYİ SƏHABƏ VƏHB BİN KƏBŞƏ (RA)

0

Vəhb bin Kəbşə (ra) İslam dinini yaymaq üçün Peyğəmbərimizin (ﷺ) Uzaq Şərqə göndərdiyi bir səhabədir.

Rəvayətə görə Hz. Muhammədin (ﷺ) yetişdirdiyi minlərlə səhabədən biri olan Vəhb bin Kəbşə (ra) hicrətin 8-ci ilində Peyğəmbərimizin (ﷺ) yanına gedərək, “Ya Rasulullah! Məndən istədiyiniz bir şey varmı?” – deyə soruşur.

Peyğəmbərimiz (ﷺ) də, “Bir nəfər Çinə gedərək İslam dinini təbliğ etsə çox məmnun olaram” – deyə cavab verir.

Peyğəmbərimizin bu arzusunu verilmiş bir tapşırıq kimi qəbul edən Vəhb bin Kəbşə (ra), “Oldu ya Rasulullah!” – deyərək gedib dərhal vəziyyəti ailəsinə xəbər verir.

Vəhb bin Kəbşə (ra) üç gündən sonra ailəsini və altı övladını Mədinədə qoyub Çinə getmək üçün yola düşür. O dövrün şərtləri ilə Çinə getmək üçün bəlkə də bir il vaxt lazım olurdu.

Çinə çatan Vəhb bin Kəbşə (ra) burada Tanq xanədanlığının hökmdarı ilə görüşür və Hz. Peyğəmbərimizin (ﷺ) İslam dəvətini ona çatdırır. Elçini yaxşı qarşılayan hökmdar onun Quançjou şəhərinə yerləşərək burada məscid tikdirməyinə izn verir. Vəhb bin Kəbşənin burada tikdirdiyi “Hui Sheng Se” məcidi dünyanın ən qədim məscidlərindən hesab olunur.

Uzun illər burada təbliğ vəzifəsi ilə məşğul olan Vəhb bin Kəbşənin (ra) Rasulullah (ﷺ) həsrəti dözülməz həddə çatmışdı. O nəhayət 10 ildən sonra Rasulullahı (ﷺ) ziyarət etmək üçün yenidən Mədinə şəhərinə yollanır. Amma uzun müddət davam edən yolçuluqdan sonra Mədinəyə çatan Vəhb bin Kəbşə (ra) Peyğəmbərimizin (ﷺ) qəbrini ziyarət edir.

Rasulullahı (ﷺ) dünya gözü ilə bir daha görə bilməyən Vəhb bin Kəbşə (ra) yenidən Çinə qayıdır və ölənə qədər təbliğ fəaliyyətini davam etdirir.  

Vəhb bin Kəbşənin (ra) məzarı Çinin böyük şəhərlərindən biri olan Quançjou şəhərindədir və bu gün də müsəlmanlar bu qəbri ziyarət edirlər.

Hz. Vehb Bin Ebu Kebşe R.A. | Türbeler,

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANDA DƏRSLİKDƏ İSLAM DÜŞMƏNÇİLİYİ TƏBLİĞ EDİLİR

Hindistanda orta məktəblərin yuxarı siniflərində oxudulan dərs kitabında İslam dininə qarşı düşmənçilik təbliğ olunur. Bu barədə Rajastan “İslam Formu”nun kordinatoru...

Bağla