PREZIDENT İLHAM ƏLİYEV ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı münasibəti ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD MÜNASİBƏTİ İLƏ 328 MƏHKUM ƏFV EDİLDİ

İslam peyğəmbəri Həzrəti Muhammədin (ﷺ) doğum (Mövlud) günü münasibəti ilə Omanda  məhkumlar üçün əfv elan edilib. Ölkənin rəsmi ONA agentliyinin...

Bağla