“QƏRAR VERİLSƏ, DİNİ İBADƏT YERLƏRİNDƏ DƏ MƏHDUDİYYƏTLƏR ARADAN QALXACAQ”

0

“Azərbaycanda pandemiya ilə əlaqədar müxtəlif tədbirlər məhdudlaşdırılıb, o cümlədən məscidlər, kilsələr, digər abidələrlə əlaqədar da Operativ Qərargahın təlimatı var”.

Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, pandemiyada yumşalma özünü göstərir, vaksinasiya sürətlə gedir: “Əgər Operativ Qərargah və xüsusi tibbi mütəxəssislər bununla əlaqədar qərarlarını versələr, bəzi məhdudiyyətlər qoyulmaqla bütün sahələrdə olduğu kimi, dini ibadət yerlərində də məhdudiyyətlər aradan qalxacaq. Bunlar bütövlükdə şəraitdən, pandemiya dövründə gedən prosesdən asılıdır. Bununla bağlı irəliləyişlər görülməkdədir. Əgər irəliləyişlər nəticə versə, həm dini ibarət yerlərində ziyarətlərin müəyyən şərtlər daxilində davam etdirilməsi, həm də toy və yas mərasimləri istiqamətində addımlar atılacaq. Bütün bunlar Operativ Qərargahın sərəncamında olan məsələlərdir. Qərargah isə bütün bu məsələləri pandemiya ilə əlaqədar yaranmış şəraiti nəzərə alaraq qəbul edir”.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİSİRDƏ CÜMƏ NAMAZI QILINAN YERLƏRDƏ TƏRAVİH NAMAZI DA QILINACAQ

Misirdə Vəqflər Nazirliyi, cümə namazının qılınmasına izn verilən məscidlərdə təravih namazının qılına biləcəyini açıqlayıb. Nazirlik ramazan ayında kovid-19 tədbirləri çərçivəsində...

Bağla