QABİLİYYƏTLİ ANALAR QABİLİYYƏTLİ NƏSİLLƏR

0

Həyatımızda prioritetlərimiz vardır. Bunlar təbii ki, sabit deyil. Bu prioritetlər illərə, yaşa, zamana, məkana görə dəyişir. Bir zamanlar məktəbimiz, daha sonra ailəmiz, dostumuz, həyat yoldaşımız, övladımız, işimiz olaraq zaman-zaman yer dəyişdirir. Prioritetlər dəyişsə də əhəmiyyəti dəyişməyən tək anlayış ailə və övlad olmalıdır.

 Əsra Şanlı: “İbtidai sinif müəllimiyəm, əkizlərim var. Hər zaman uşaqların azad olmasının tərəfdarıyam. Əvvəllər evin arxasındakı otağı oyun otağı etmişdim və onlara hər yöndən etibarlı bir otaq hazırladığımı düşünürdüm. Böyüdükcə orada dayanmayıb oyuncaqlarla birlikdə qonaq otağına gəlməyə başladılar. Qonaq otağım bir muzey kimidir və evimin ən işıqlı yeridir, ən isti və ən böyük otaqdır. Həyat yoldaşıma otaqdakı əşyaları çıxarmaq istədiyimi söylədiyim zaman o da məntiqli olduğunu düşündü və mebelləri qayınanamgilə verdim. Düzü bir az da söz-söhbət oldu; “həm aldırdı, həm də istifadə etmədi”-dedilər. Qonaq otağım da böyükdür, salonu qonaq otağı edib oranı da oyun otağı edəcəkdim. Sonra salonu niyə etməyim ki, deyərək əşyaları oraya qoydum və uşaqlarım çox xoşbəxt oldu. Bütün oyuncaqlar əl çatacaq şəkildə idi. 1.5 yaşında olmalarına baxmayaraq boya qələmi tuta bilirlər. Masada oturub kitablara baxırlar. Dağıtmalarına da icazə verirəm və birlikdə yığışdırırıq. Gələn yoldaşlarıyla zövqlə oynayırlar. Bu həftə rəng anlayışı ilə əlaqədar divara asmaq üçün vəsaitlər hazırlayıram. Daha sonra ədədlər və şəkillərlə davam edəcəyik. O zaman tam bir təhsil yuvası olacaq. 

“Uşaq bağçası işlədə bilməsək də hər ev bir təhsil müəssisəsi ola bilər”. Dəyərli dostumuz fikrini bu cümlə ilə tamamlayır.

 Fərasət: uzaqgörən, incə duyum deməkdir. Hər insan fərqli xarakterə, xüsusiyyətlərə sahibdir, bizim əsas öhdəliyimiz fərqli xarakterdəki övladlarımızı fərasət göstərərək xeyir yolunda yetişdirməkdir. Eyni ailədəki iki uşaqdan birinə tətbiq olunan üsul o biri uşaqda müvəffəqiyyətsizliklə nəticələnə bilir. Necə ki, dənizə girmədən üzməyi öyrənmək mümkün deyil, bunun kimi ailə və uşaq da həyatı yaşayaraq öyrənir. Uşaq yetişdirmə sənətinin əsas qanunları sevgi, anlayış, səbir və mülayimlikdir. Uşaqlarımızın müsbət davranışlarını dəstəkləyək, yanlış davranışlarını isə düzəltməyə çalışaq. Ancaq uşaqlarımızın bizdən fərqli bir şəxsiyyət olduğunu da unutmayaq. Həmçinin hər zaman bizim doğru olduğumuzu da düşünməyək. Təbii ki, bunları yazmaq asandır, əsas məsələ tətbiq etməkdir.

Yumşaq, şəkər kimi analar olmaq həyatın hər kadrında mümkün deyil, heç doğru da deyil. Nüfuz səhv və sərt istifadə edilsə qarşındakının könlündə ciddi təxribatlar edəcəyi kimi, başıboş buraxılan uşaq da cəmiyyət içində boğulub gedəcək. Qarşısına qaydalar qoyulan uşaqların qayda qoyulmayanlara görə özlərini daha güvəndə hiss etdiyi bilinən bir gerçəkdir.

Sahib olduğundan daha çoxunu tələb edən uşağa istədiyini təqdim etmək üçün borca girmək yerinə vəziyyəti izah etmək, sahib olduqlarımızın gözəlliyini göstərmək, baxış pəncərələrini dəyişdirmək bizim vəzifəmizdir. Müxtəlif yüklərin altına girib; övladlarımızı maddi yöndən xoşbəxt etmək üçün hər cür çətinliklərə dözmək də doğru olmamaqla yanaşı ailəyə bədbəxtlik gətirər.

Uşaq psixoloqu olan Diana Lyric bir kitabın müəllifinə yazdığı bir məktubda belə deyir: “Uşaqlar üçün hədəfimiz, bu anda sahib olduqları ilə necə xoşbəxt olacaqlarını onlara göstərməkdir. Çoxunu istəməməkdən gələn sevinci, qonşusunun qaşığında olana deyil, öz qaşığındakının dadı­ndan gələn sevinci onlara anlatmaqdır. Mələklər kimi əldə olanla razılaşmağı öyrətməklə övladlarımızın necə könül rahatlığına qovuşacaqlarını söyləməkdir”. Albert Eynşteynin bu sözləri xoşuma gəlir: “Hər şeyin gördüyünüz kimi qalmasına razı olun. Olanları qəbul etmək, hər cür bədbəxtliyin öhdəsindən gəlməyin ilk addımıdır”.

Uşaqlarımızı cəmiyyətə hazırlayarkən əxlaqi istiqamətlərini daha çox inkişaf etdirsək bütün problemi həll edəcəyik İnşallah. Səbirli olaq!

Məryəm Dəmir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AŞURA GÜNÜ QANVERMƏ AKSİYASI KEÇİRİLƏCƏK – SİYAHI

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin...

Bağla