Qaynuddin Ərdoğanı Moskvaya namaz qılmağa dəvət etdi

0

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi və Rusiya Müftilər Şurasının sədri Raul Qaynuddin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Moskvaya namaz qılmağa dəvət edib.  

Rusiyada yaşayan 25 milyon müsəlmanın rəsmi rəhbəri olan Qaynuddin, Türkiyədə keçirilən seşkidə ölkə müsəlmanlarının Ərdoğan üçün dua etdiyini deyib.  

“Bütün Rusiya müsəlmanları yox, Rusiyada yaşayan hər kəs Türkiyədəki seçkini yaxından izləyib. Dua edərək, Rusiya müsəlmanlarının dostu, Rusiyanın dostu və Rusiya dövlət başçısı Vladimir Putinin dostu Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olmasını istədik. Allaha şükürlər olsun ki, dualarımızı eşitdi və qəbul etdi.” – Qaynuddin deyib.

2015-ci ildə Ərdoğanın və Putinin Moskva mərkəzi məscidinin açılışını etdiyini xatırladan Qaynuddin, ölkədə yaşayan müsəlmanlar adına Ərdoğanı həmin məsciddə namaz qılmağa dəvət edib.

“Artiq 8 il keçib. Cənab Ərdoğan tez-tez Rusiyaya səfərə gəlir. Növbəti səfərində Ərdoğanın Moskva məscidinə gəlməsini və Rusiya müsəlmanları ilə namaz qılmasını istəyirik. Əgər gəlsə biz müsəlmanlar məmnun olarıq və ona səmimiyyətlə dua edərik. Rusiyadakı 25 milyon müsəlmanın adından onu dəvət edirik və onu görmək istəyirik.” – deyə baş müfti qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İsveç NATO-ya daxil olmaq üçün konkret addımlar atmalıdır”

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə İsveçin xarici işlər naziri Tobias Billström arasında telefon danışığı olub. Bu barədə...

Bağla