QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ QUŞ QRİPİ İLƏ ƏLAQƏDAR XƏBƏRDARLIQ EDİR

0

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BALAKƏNDƏ “DİNİ RADİKALİZMƏ QARŞI MÜBARİZƏDƏ QADINLARIN YERİ VƏ ROLU” MÖVZUSUNDA REGİONAL KONFRANS KEÇİRİLİR

Dekabrın 6-da Balakəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Dini radikalizmə...

Bağla