QIZIL QURANLI KİTABXANA

0

Bolqarıstanda Rodop Dağlarının ətəklərində gizlənmiş Çınqırdərə kəndi İslami əl yazmalar baxımından  Sofia Milli Kitabxanasından sonra ən böyük kitabxanadır.

Kənd yüzlərlə əl yazma əsərdən ibarət kitabxanaya malikdir. Komunist rejimdə kənd sakinləri kitabları qoruyub-saxlayıb və rejim devrildikdən sonra kitabları toplayaraq məsciddə kitabxana yaradıblar. Evlərdən yığılaraq yaradılan kitabxanada yüzlərcə osmanlıca və ərəb dilində kitablar var. Kitabxanda əsas diqqəti çəkən isə  “Qızıl Quran” olaraq adlandırılan yaldızlı Qurani-Kərmdir. Qeyd edək ki, Qurani-Kərim kitabxananın ən qədim kitabıdır. Uçmaq üzərə olan evin divarında tapılıb və güman edilir ki, sənət baxımından Səmərqənd məktəbinə aiddir.  Qurani-Kərim XIV əsrdə düyü kağız üzərinə yazılıb.

Kəndin ortasında inşa edilən qoşa minarəli məsciddəki əsərlərin  800-dən çoxu mətbu, 400-dən çoxu əl yazma əsərlərdir. Kitabxanada İbn Ərəbinin  1620-ci ilə aid “Dürrü Mənkun”, 1650-ci ilə aid “Kənzül Munir, 1674-cü ilə aid “Təlim və Mütəallim” kimi kitablar da vardır.

Mənbə: dünyabizim.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMANIN AÇARI NƏDİR?

İnsanın yaradılış qayəsi “Allah-Təalaya ibadət, yəni qulluq”dur. Ancaq ibadət səhih bir imanla məqbul olur. Səhih iman üçün də “mərifətullah”, yəni...

Bağla