QMİ SƏDRİ: ORTA MƏKTƏBLƏRDƏ DİNİ DƏRSLƏRİN KEÇİRİLMƏSİ VACİBDİR

0

Bu gün ölkədə 2 mindən yuxarı məscid var və bizim dindarlar dövlətdən birbaşa maaş alılar. heç bir ölkədə belə bir şey yoxdu.

Bu barədə Şeyxülislam Hacı Allahşükür Paşazadə cənub bölgəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı, Cənub bölgəsinin din xadimləri və yerli ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən Dini mərasimlərdə ənənəvilik və müasirliK mövzusunda keçirilən müşavirədə çıxışı zamanı bildirdi.

Şeyxülislam dövlətin dinə qayğısının hər zaman hiss olunduğunu vurğulayaraq məhərrəmlikdə insanları iğtişaşa, təxribata səsləyən çağrışlara qarşı ayıq-sayıq olmağa çağırdı.

Şeyx bildirdi ki, bəzən insanların dini biliklərinin az olması səbəbindən hansısa yalnış informasiyalara uyur, aldanırlar. Bu kimi hallarla mübarizə aparmaq üçün isə orta məktəblərdə dini dərslərin keçirilməsi vacibdir.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
VAXT QIZILDIR

Hər bir müsəlman vaxtının qədrini bilməli və ondan səmərəli istifadə etməlidir.

Bağla