RUSİYA VƏ TÜRKİYƏ MÜDAFİƏ NAZİRLƏRİ QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

0

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Nazirlər Ukraynadakı vəziyyəti, Qara dəniz dəhlizi ilə taxıl tədarükünü, eləcə də Suriya şimalındakı vəziyyəti müzakirə ediblər.

Hulusi Akar taxıl təşəbbüsünü genişləndirmək üçün əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, taxıl sövdələşməsi qlobal ərzaq böhranının həllinə böyük töhfə verib. Türkiyəli nazir taxılın fasiləsiz daşınmasının vacibliyini vurğulayıb.

O, Türkiyənin bölgədə sülhün və humanitar yardıma çıxışın təmin edilməsinə töhfə verməyə davam edəcəyini əmin edib.

Suriyanın şimalındakı vəziyyətə də toxunan Akar Türkiyənin bölgədəki yeganə məqsədinin terrorla mübarizə, sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək və daha çox humanitar fəlakətlərin qarşısını almaq olduğunu bildirib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə başlanan danışıqların Suriyada və bütövlükdə regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu prosesin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Hulusi Akar həmçinin Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə bağlı Rusiya tərəfinə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, nazirlər taxıl sövdələşməsini, Suriya və Qarabağ məsələsini müzakirə ediblər.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖMÜRLÜK BİR RAMAZAN

Allah-Təalaya sonsuz həmd-sənalar olsun ki, bir daha biz aciz bəndələrinin ömür təqvimini ilahi əfvin coşub daşdığı bir Ramazani-Şərif ilə zinətləndirdi. ...

Bağla