SƏDR MÜAVİNİ: “DİNLƏ BAĞLI TƏDRİSİN MƏQSƏDİ HAMINI DİNDAR VƏ YA DİN ADAMI ETMƏK ‎DEYİL”‎

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov orta və ali məktəblərdə ‎dini təhsil olması barədə müzakirələrə qoşulub.‎

‎”Report”un xəbərinə görə, o bildirib ki, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 ‎termindən (anlayışdan) istifadə edilir: “1. Dini tərbiyə 2. Dini təhsil. 3. Dinlə bağlı tədris. Dini tərbiyəni ‎yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini ‎təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağlı tədris isə dinin yox, ‎şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ‎ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, ‎fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta ‎məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi ‎hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu ‎bilikləri dövlət verməsə başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə”.‎
G.İsmayılov vurğulayıb ki, artıq prosesə başlanılıb: “Orta məktəbdə Həyat bilgisi fənni tədris edilir. ‎Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa düşülməyəcək ‎nə var ki?!”‎

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA “HALAL” SERTİFİKATININ VERİLMƏSİNƏ DAİR MEXANİZM FORMALAŞDIRILACAQ

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək. “Report”un xəbərinə görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin...

Bağla