ŞƏKİDƏ “EHSANLIQ ÇÖRƏK” LAYİHƏSI BAŞLADILIB

0

Ramazan ayının gəlişi münasibətilə Şəkidə bir qrup gənc və xeyirxah market nümayəndələri yeni layihə başladıblar. Məlumata görə, onlar Osmanlı mədəniyyətinin adətlərindən olan “Asqıda çörək” layihəsinə start veriblər.

Bununla bağlı Şəki Şəhər İcra Hakimiyyəti məlumat yayıb:

“Asqıda çörək Osmanlı dönəmindən günümüzə yadigar qalan yardımlaşma və dayanışmanın ən gözəl nümunələrindən biridir. Bu yardımlaşmada xeyirxah insanlar özlərinə çörək alarkən ehtiyac sahiblərini də düşünür, onlar üçün də çörək alaraq asqıya asırlar. Ehtiyac sahibləri isə heç kimdən soruşmadan öz ehtiyacları qədərini götürürlər. Bu xeyirxah əməldə yardım edənlə, yardımdan istifadə edən bir-birini əsla tanımır.

Artıq Şəkidə bir sıra dükan və marketlər bu xeyirxah işə qoşulublar. “Ekonom”, “Zumrud”, “21-ci ƏSR”, “Tural”, “Görüş” və digər marketlər bu kampaniyaya başlayıblar.

Market və mağazalara mal verən orta və kiçik sahibkarlar da bu xeyirxah işdə yaxından iştirak edir, təhvil verdiyi malın ehsanlıq üçün nəzərdə tutduqları hissənin pulunu əvvəlcədən hesabdan silirlər”.

/qfqazinfo/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DƏYƏR TV” BU RAMAZAN EVİNİZƏ QONAQ OLACAQ

“Dəyər TV” kollektivi bu Ramazan ayında yeni bir layihə ilə öz tamaşaçılarını sevindirəcək. İslamveirfan.com xəbər verir ki, bu barədə “Dəyər...

Bağla