SƏMA QAPILARININ AÇIQ OLDUĞU AY

0

Ramazan ayı gəlincə Rəsulullah (s.ə.s) əshabına belə səslənərdi: “Mübarək ramazan ayı sizə gəldi. Uca Allah bu ayda sizə oruc tutmağı fərz buyurdu. Bu ayda səma (cənnət) qapıları açılar, cəhənnəm qapıları bağlanar və azğın şeytanlar zəncirlənər. Allahın bu ayın içində min aydan daha xeyirli olan bir gecəsi vardır. Bu gecənin xeyrindən məhrum olan (min ayın xeyrindən) məhrum olar“. (Nəsai, Siyam, 5).

Rəsulullah (s.ə.s) bu hədisi-şərifində Ramazan ayının mənəvi zənginliyindən xəbər verir. Belə ki, Allah Rəsulunun (s.ə.s) Ramazanın ilk günlərində səhabələrinə bu ayın fəziləti haqqında verdiyi nəsihət onların zehinlərini və qəlblərini bu ayın bərəkətindən istifadə etməyə hazırlamaq məqsədini daşıyırdı.

Başqa bir hədisində Rəsulullah (s.ə.s) yenə müsəlmanları bu aydan istifadə etməyə təşviq edərək belə buyurur: “Ramazan ayının ilk gecəsi olduqda, şeytanlar və azğın cinlər zəncirlənər, cəhənnəm qapıları bağlanar və heç biri açılmaz. Cənnətin qapıları açılar və heç biri bağlanmaz. Sonra bir (mələk) belə səslənər: “Ey xeyir istəyən, ibadət və qulluğa gəl! Ey şər istəyən günahlarından əl çək! Allahın bu ayda oddan azad etdiyi nə qədər insan var və bu ramazan boyu hər gecə belədir“. (Tirmizi, Savm, 1).

Rəsulullahın (s.ə.s) Ramazan ayının gəlişi ilə ortaya çıxan bu fürsətləri qeyd etməsi və bütün bu imkanları fürsət bilərək dəyərləndirməyi tövsiyə etməsi bu ayın müsəlmanlar üçün nə qədər önəmli bir ay olduğuna işarə etməkdədir. Bu səbəblə də səmanın rəhmət qapılarının açıq olduğu bu günlərdə dualarla, zikirlərlə, Quran tilavətləri ilə, səcdələrlə və hər cür xeyir-həsənatlarla bizi Rəbbimizə yaxınlaşdıracaq əməllərimizə üstünlük verməliyik. Allahın bu ayda bəxş etdiyi bu imkanları fürsət bilərək dəyərləndirmək insana mənəvi zənginlik qazandırar, bu fürsətlərə qarşı laqeyd yanaşmaq isə insanın zərərini daha da artırar.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏN UZUN VƏ ƏN QISA ORUC TUTACAQ ŞƏHƏRLƏR – SİYAHI

Müqəddəs ramazan ayının başlaması ilə dünyanın dörd bir tərəfində yaşayan müsəlmanlar oruclarını müxtəlif vaxt ərzində tutacaqlar. Bu barədə Türkiyənin dini...

Bağla