SEPARATÇI TERRORÇULARA “YILDIRIM” ZƏRBƏSİ

0

Türkiyədə Daxili Qoşunların PKK terror qruplaşmasına qarşı keçirdiyi “Yıldırım-1” əməliyyatı çərçivəsində  bir qrupterorçu silahları ilə birlikdə zərərsizləşdirilib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyə Daxiliİşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, “Yıldırım-1” əməliyyatı çərçivəsində Şırnak vilayəti, Beytuşşabap rayonunun Kato Jirka bölgəsində Daxili Qoşunların hərbçiləri 4 terrorçunu silahı ilə birlikdə zərərsizləşdirib.

Məlumatda həmçinin, bölgədə əməliyyatların davam etdiyi bildirilir.

Qeyd edək ki, Suriyada və İraqda döyüşmüş 5 terrorçu bu gecə silahlarını yerə qoyaraq Türkiyənin hüquq-mühafizə orqanlarına təslim olublar.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA YEMƏ-İÇMƏ ƏDƏBİ

Bağla