ŞRİ LANKADA MÜSƏLMAN VƏ XRİSTİAN ÖLÜLƏRİNİ YANDIRMAYACAQLAR

0

Şri Lankada hökumət koronovirus səbəbindən ölən müsəlman və xristian cəsədlərinin artıq yandırılmaması, uzaq bir adada dəfn olunması istiqamətində qərar qəbul edib.  

Hökumət sözçüsü Kexeliya Rambukvella Kolombo şəhərinə 300 km məsafədə olan Iranathivu adasının bir hissənin dəfn yeri kimi ayrıldığını deyib.

Qeyd edək ki, ölkədə 2020-ci il mart ayından bəri pandemiya səbəbindən ölənlərin cəsədləri yandırılırdı. Bu hal ölkədəki müsəlmanların və xristianların, həmçinin BMT-nin etirazı ilə qarşılanırdı.

Şri-Lankada ötən ilin mart ayından bəri aralarında 20 günlük körpənin də olduğu 100-dən çox müsəlman cəsədi ailələrinə xəbər vermədən yandırılıb.

Etiraz edən müsəlmanların qaldırdığı məhkəmə iddiası ötən ilin dekabr ayında ali məhkəmədə etirazla qarşılanıb.

Şri-Lankanın Səhiyyə Nazirliyi, xəstə cəsədlərindən su mənbələrinə virus yoluxa biləcəyini iddia etmişdi. Ümumdünya Səhiyyə Təşkilatı isə belə bir təhlükənin olmadığını bəyan etmişdi.

Pakistanın baş naziri İmran Xanın Şri-Lankaya səfərindən sonra fevralın 26-da ölənlərin yandırılması məcburiyyəti ləğv olunub.

Əksəriyyəti buddist olan Şri-Lankada əhalinin 9%-i müsəlman, təqribən 7%-i xristiandır.

Ölkədə indiyə qədər 65 mindən çox insan kovid-19 virusuna yoluxub, onlardan 283 nəfər bu səbəbdən ölüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇOX GÜLMƏK QƏLBİ ÖLDÜRÜR

Gülmək insana məxsus bir xüsusiyyətdir. Hər bir davranışda olduğu kimi gülməkdə də ölçülü olmaq lazımdır. İnsan gülməkdə həddi aşarsa, bu...

Bağla