ŞÜKRÜN NEMƏTİ ARTIRMASI BARƏDƏ GÖZƏL BİR QİSSƏ

0

Əhəmiyyətli bir nəql var. Sami Əfəndi həzrətləri bu qissəni çox nəql edirdi. Bu qissəni Əbu Abdullah əl-Harisu Razi rəvayət etmişdir. Şükr etmənin neməti necə artıracağına dair gözəl bir misaldır:

Allah-Taala bir peyğəmbərinə belə vəhy etdi: “Mən filan bəndənin ömrünün yarısının fəqirlik, yarısının da zənginlik içində keçirməsinə qərar verdim. Hansını əvvəl istəyirsə onu verəcəyəm. Soruş, özü bəyan etsin.”

Həmin şəxs həyat yoldaşının yanına gedərək əhvalatı danışır və deyir, mən əvvəl fəqirlik istəyirəm, çünki qoca vaxtı kasıbçılıq çətindir.

Qadın deyir ki, sən bu işi mənim öhdəmə burax, biz əvvəl zənginlik istəyək.

O kişi peyğəmbərin yanına gedərək, mən xanımla məsləhətləşdim, biz əvvəl zənginlik istəyirik – deyir.

Allah-Taala onlara zənginlik verir.

Qadın ərinə deyir ki, mənim dediklərimə qulaq as: Əgər zənginlik nemətinin ömrünün axırına qədər davam etməyini istəyirsənsə  Allahın bəndələrinə qarşı səxavətli ol. Özünə bir dəst paltar alanda, eynisindən kasıblara da al.

Onlar kifayət qədərindən istifadə edib qalanını infaq edirlər.Həyatlarını həqiqi bir şükr daxilində davam etdirirlər.

Bu səbəblə də Allah peyğəmbərinə vəhy etdi:

“Mən o bəndəmin ömrünün yarısını zəngin, yarısını fəqir yaşamasına qərar vermişdim. Amma görürəm ki, o bəndəm verdiyim bütün nemətlərə şükr etdi, şükr isə nemətin çoxalmasını və davamlı olmasını vacib edir. Mən də onun ömrünün qalan hissəsini zəngin keçirməsinə qərar verdim. Bu müjdəmi ona çatdır.”  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA AVROPANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLİR

Fransanın Strasburq şəhərində Avropanın ən böyük məscidi tikilir. “İslam İcması Milli Görüş”ün (IGMG) səyləri ilə ərsəyə gələn “Eyyub Sultan” məscidinin...

Bağla