“ŞUŞA BƏYANNAMƏSİ İLƏ AZƏRBAYCAN VƏ TÜRKİYƏYƏ QARŞI XARİCİ TƏHDİDLƏRİN QARŞISI ALINIB”   

0

“Bu gün Azərbaycan üçün olduqca ciddi tarixi əhəmiyyət daşıyan bir gündür. Müstəqilliyinin bərpasının 30-cu ilində Vətən müharibəsinin qalib ölkəsi kimi Azərbaycanı təbrik edirəm”.

Bu fikirləri “Report”un yerli bürosuna Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, Yeditəpə Universitetinin Strateji Araştırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşın deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyi mənfəətə yox, qarşılıqlı sevgi və hörmətə əsaslanır.

Mesut Hakkı Caşın vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilində regionda və dünyada yeni bir mərhələ başladan Vətən müharibəsi iki qardaş ölkənin əməkdaşlıq sahələrini də genişləndirib:

“Osmanlı dövründə bağlanmış məlum müqavilənin 4-cü maddəsində olduğu kimi, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında imzalanmış Şuşa Bəyannaməsi də ölkələrimizə qarşı xarici təhdidlərin qarşısını tamamilə alıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GYF-DƏ “NİZAMİ YARADICILIĞINDA PEYĞƏMBƏR SEVGİSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Gəncliyə Yardım Fondu və “İrfan” ictimai fikir jurnalının təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s)...

Bağla