TALİBANA HƏZRƏTİ MUHAMMƏDİN (ﷺ) DÖVLƏT MODELİ TÖVSİYƏ EDİLİB

0

“Ümumdünya Müsəlman Alimlər Şurası” Əfqanıstanda talibançılar tərəfindən qurulması planlaşdırılan müvəqqəti hökumətə İslam prinsiplərini mənimsəməyi məsləhət görüb.

Bu barədə şuranın internet saytında bəyanat yayılıb. Bəyanatda, yeni hökumətin baş naziri olması gözlənilən Molla Muhamməd Həsən Axund təbrik edilib. Həmçinin yeni hökumətdən Həzrəti Muhamməd (ﷺ) və dörd xəlifənin qurduğu kimi islami dövlət modelinin mənimsənməyi tələb olunub.

Müvəqqəti hökumətdən; şura sisteminin həyata keçirilməsi, ədalətin təmin edilməsi, qan tökülməsinin qarşısının alınması,insan hüquq və azadlıqlarına hörmət edilməsi, social konsensusun təmin edilməsi və sülh mühitinin yaradılması istənib.

Şura bu cür hökumətə hər cür dəstəyi verəcəyini bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DQİDK-DƏ APARAT RƏHBƏRİ VƏZİFƏSİNƏ MÜVƏQQƏTİ TƏYİNAT OLUB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib. Məlumata görə, bununla bağlı...

Bağla