“TEKNOFEST AZƏRBAYCANDA HAMINIZI GÖZLƏYIRƏM”

0

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar Azərbaycan vətəndaşlarına müraciət edib.

“Report”un məlumatına görə, o, vətəndaşları mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştiraka dəvət edib.

“Bu il qardaş ölkə Azərbaycanda 5-ci dəfə keçirəcəyimiz “TEKNOFEST”ə 1 ay qalıb. Bu möhtəşəm festivalda hamınızı gözləyirəm. Bakı Kristal Sarayında görüşənə qədər”, – deyə o, qeyd edib.

Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” Türkiyənin “Teknoloji Takımı Vakfı”nın, Sənaye və Texnologiya Nazirliyinin və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbir çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrin nümayişi, açıq səma altında statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLK NAZİL OLAN QURAN AYƏLƏRİ

Qurani-Kərim Allah Təala tərəfindən iki qapaq arasında toplanan müstəqil bir kitab olaraq deyil, 23 il ərzində hissə-hissə Həzrət Məhmmədə (s.)...

Bağla