THY ZƏVVARLAR ÜÇÜN XÜSUSİ TƏLİM VİDEOLARI HAZIRLAYIB

0

Türkiyə Diyanet işləri başkanlığı Həcc və Ümrə xidmətləri departamentinin zəvvarlar üçün hazırladığı “Səyahət vaxtı Həcc təlimi” adlı videolar Türk Hava Yollarına (THY) aid daxili platformlara yerləşdirilib.

Bu barrədə THY-yə aid sosial şəbəkə səhifəsində paylaşım edilib.

Müqəddəs yolçuluq üçün THY təyyarələrindən istifadə edən zəvvarlar, bu təlim videolarını izləyərək Həcc ibadəti barədə hökmləri öyrənə biləcəklər.

“Həcc səyahətini yerinə yetirən qonaqlarımızı müqəddəs yolşuluq vaxtı, “Planet” təyyarədaxili video platformumuzda yerləşdirilən Qurani-Kərim ilə İslam və Həyat kateqoriyasında yerləşdirdiyimiz videolarla müşayiət etməkdən bəxtiyarıq.” – deyə THY-nin paylaşımında bildirilib.  

https://twitter.com/i/status/1664231555173154816

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkədir”

“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkədir”. Bunu BMT Baş Assambleyasının keçmiş Prezidenti Volkan Bozkır "Yenidənqurma, sülh və inteqrasiya:...

Bağla